Tarif Şurasından rəsmi açıqlama: Qiymətlər dəyişməyib

Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə yayılan məlumatlar əsassızdır.

Bu barədə Tarif Şurasından məlumat verilib.

Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib.

Bu tariflər 2014-ci il 1 yanvar tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir.

Yenicag.az