Tarixdə ilk dəfə Hindistanın kosmik gəmisi Ayın cənubuna endi

Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib.

Yenicag.az xəbər verir ki, Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.

Missiya tam uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.
Xatırladaq ki, bir neçə gün önəcə Rusiyanın “Luna-25” kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz alınıb./Qafqazinfo/