Bakıda tarixi binanın üzərinə tikilən mansardla bağlı maraqlı məlumatlar üzə çıxıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, mansard vaxtilə Bakı sovetinin sədri işləmiş Sənan Əlizadə tərəfindən tikilib. 2009-cu ildə bu obyekt “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə satılıb. Hazırda mansardın kimə məxsus olması ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. Əlizadə 1990-93-cü illərdə Bakı sovetinin sədri işləyib. 2008-ci ildə 65 yaşında vəfat edib.