Urmiya gölünün cənubunda ilk dəfə olaraq “Vesta Şeyx” adlanan ərazidə dəmir istehsalı sahəsi aşkar edilib.
Yenicag.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, dəmir istehsalı qalıqlarının tapıldığı bu sahə Parfiya və Səlcuqlu dövrlərinə aiddir.
Bölgədə tədqiqat aparan arxeologiya şurasının rəhbəri Salah Səliminin sözlərinə görə, ilkin araşdırmalar bu ərazidə dəmirin süngər üsulu ilə istehsal edildiyini göstərir.
“Bu dəyərli kəşf Urmiya gölünün cənubunda yerləşən ərazidə metallurgiya sahəsində arxeoloji tədqiqatlar üçün yeni üfüqlər aça bilər”, – Səlimi bildirib./kult.az