Almaniya Türkiyəyə silah satışını dayandıracaq.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniya Xarici işlər naziri Heiko Mass açıqlama verib.
Bu qərarın verilməsinə səbəb isə, Türkiyənin sərhəd təhlükəsizliyini və Suriyanın şimalında gizlənmiş terrorçuları zərərsizləşdirmək üçün başlatdığı “Barış Pınarı” əməliyyatları göstərilib.
“Türkiyənin Şimali Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar səbəbiylə, həmçinin Türkiyəyə satılan silahların Suriyada istifadə ediləbilmə ehtimalına görə Almaniya Federal Hökuməti silah satmaq barədə yeni qərar çıxarmayacaq” – deyə, almaniyalı nazir qeyd edib.
Qeyd edək ki, 2018-ci ildə Almaniya Türkiyəyə 243 milyon avroluq silah satıb.
Bundan öncə isə, Norveç, Finlandiya və Niderland da Türkiyəyə silah satışını dayandıracağını açıqlayıb.
Həşim Səhrablı