Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tarixi razılaşma baş tutacaqmı? – Rusiya Yaponiyaya güzəştə gedir?

Yaponiya hökuməti mübahisəli ərazilərin həlli məsələsində Rusiya ilə sülh müqaviləsi imzalamağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə çərşənbə günü Yaponiya parlamentinin növbəti sessiyasının açılışında çıxış edən ölkənin baş naziri Şinzo Abe bildirib.

“Rusiya ilə münasibətlər qeyri-normal vəziyyətdədir. İki ölkə 70 ildən çoxdur sülh müqaviləsi bağlamayıb və mübahisəli məsələlər hələ də qalmaqdadır” – deyə Baş nazir mübahisələrin hələ də varlığından narahatlığını dilə gətirib.

“Adaların keçmiş sakinləri artıq iki ildir ki atalarının məzarını təyyarə ilə ziyarət etməyə məcbur olublar. Bu arzuolunmaz bir haldır. Vladimir Putinə etimadımız böyükdür. Biz ərazi məsələsini həll edəcəyik və Rusiya ilə sülh müqaviləsini imzalayacağıq. İkitərəfli münasibətlərdə yeni bir dövr başlayacaq” – deyə Şinzo Abe bildirib.

Qeyd edək ki, sentyabr ayında Şərq İqtisadi Forumunda Putin ilin sonuna qədər Yaponiyaya ilkin olaraq şərt irəli sürmədən sülh müqaviləsini imzalamağı təklif etmişdi. Oktyabrın 18-də Abe Vladivostokda Putinlə söhbət edərkən Tokio və Moskva arasında sülh müqaviləsinin ərazi məsələsinin həll edilməsindən əvvəl imzalanma etimallarından danışıldığını bildirmişdi.

XX əsrin ortalarından etibarən Moskva və Tokio İkinci dünya müharibəsi nəticələrinə əsasən sülh müqaviləsi hazırlamaq üçün fasilələrlə danışıqlar aparıblar. Müqavilənin imzalanması üçün əsas maneə Cənubi Kuril adalarının suverenliyinə dair məsələdir. 1945-ci ildə bütün arxipelaq Sovet İttifaqının tərkibinə qoşulub. Bundan sonra Yaponiya tərəfi ərazidəki bir sıra ada qrupunun Yaponiyanın tərkibinə qatılmasını istəyib. Rusiya tərəfi isə müvafiq beynəlxalq sənədləri əsas gətirərək sözügedən adaları verməkdən imtina edir.

Həşim Səhrablı

www.yenicag.az

5202
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100