Tarixi zirvə: “Düşmən qardaşlar” görüşdü – VİDEO

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyaya rəsmi səfər edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Moon ilə görüşən Kim Çen İn “Sülh Evi”nə keçərək ziyarətçi dəftərini imzalayıb. Görüşdə Koreya yarımadasının yenidən birləşdirilməsi, əlaqələrin möhkəmlənməsi və nüvə silahlarından imtina kimi vacib məsələlər barədə fikir mübadiləsi aparılacağı ehtimal olunur.

Qeyd edək ki, 1950-1953-cü illər Koreya müharibəsindən sonra tərəflər arasında 3-cü dəfə liderlər səviyyəsində görüş keçiriləcək. Tarixdə ilk dəfə olaraq Şimali Koreya dövlət başçısı Cənubi Koreyaya səfər edib.