!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tariximizin qürur SƏHİFƏSİ: “Heç bir dövlət Azərbaycanla təhdid dili ilə danışa bilməz”

!Reklam – Yazi

“Bu gün Azərbaycan suverenliyini tam olaraq bərpa edib və Anım Gününün 4-cü ildönümündə suveren ölkənin vətəndaşları olaraq bu günü qeyd edirik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 27 Sentyabr – Anım Günü münasibətilə fikilərini bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, 27 sentyabr Azərbaycanın şərəf, zəfər tarixinin başlanğıcı və anım günüdür.

“Bu gün 44 günlük Vətən Müharibəsində şəhid olmuş, canlarını torpaq yolunda qurban vermiş şəhidlərinizi yad edirik. Eyni zamanda, unutmamalıyıq ki, 44 günlük Vətən Müharibəsində bütün şəhidlərimizin qisasını ədalətli və ləyaqətli şəkildə ala bildik”, – deyə o əlavə edib.

Deputat vurğulayıb ki, 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələri çox çətin və ağır bir yola başladı.

“Ermənistan tərəfinin növbəti təxribatının qarşısını almaq üçün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən başladılmış əks həmlə hücumları 44 gün davam etdi. Döyüşlərin ilk saatlarından Azərbaycanın Silahlı Qüvvələri kəndlərimizi işğaldan azad etməyə başladılar. Bu, sevincli xəbər hər kəsi kövrəltdi. Çünki uzun illər idi ki, işğalın başa çatmasını və torpaqlarımızın azad olmasını arzu edirdik. Ancaq təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət sülh yolu ilə bu problemin həllində təcavüzkar Ermənistana qarşı bir dəfə də olsun sanksiya və yaxud təzyiqlər nümayiş etdirmədi. Amma Azərbaycan öz ordusunu, iqtisadiyyatını gücləndirirdi və gənclərini vətənərvər ruhda yetişdirirdi.

Biz bilirdik ki, bu münaqişə sülh yolu ilə həll olunmayacağı təqdirdə, alternativ olaraq hərb yolundan istifadə edəcəyik və qanımız, canımız bahasına torpaqlarımızı azad etmək bizə qismət olacaq. Şükürlər olsun ki, 27 sentyabrda başladığımız bu şərəfli yol məhz 8 Noyabr tarixində zəfərlə başa çatdı. İşğala son qoyan Azərbaycan Silahlı Qüvvələri bütün şəhidlərimizin qisasını aldı. Şükürlər olsun ki, Qarabağı bir dəfə də görməyən gənc zabit və əsgərlərimiz ölümün gözünə dik baxdılar və dünyaya vətənpərvərlik dərsi keçdilər”, – deyə o bildirib.

N.Həmzəyev qeyd edib ki, ikinci belə bir millət göstərmək olmaz ki, 21-ci əsrdə torpaq uğrunda canından keçə bilsin, torpaq uğrunda şəhid olmağı gözə alsın, onu ən böyük zirvə hesab etsin.

“Şükürlər olsun ki, bu millətin, xalqın nümayəndələriyik və bu şərəfli tarixi yaşamaq və zərəf tarixinə şahidlik etmək bizə qismət oldu. Bu gün onları rəhmətlə anırıq. Allah şəhidlərimizə rəhmət etsin! Onların ruhu qarşısında baş əyirik.

Ancaq unutmamalıyıq ki, xalq, ordu, Ali Baş Komandan, lider birliyi vəhdəti bizi zəfərə gətirib çıxardı. Ordumuz ən son müasir silahlarla, texnikalarla təchiz olunmuşdu, ancaq ordumuzda və xalqımızda vətənpərvərlik ruhu olmasaydı bu texnikanı və silahı işə salacaq, düşmənin üzərinə yürüyəcək qüvvə olmazdı. O ruhu, gücü özümüzdə qoruyub saxlaya bilmişdik. Lazımi anda onu istifadə edə bildik. Bu birlik və bərabərlik vəhdət 2023-cü ilin sentyabrın 19 və 20-sində aparılan antiterror əməliyyatları zamanı da suverenliyimizi tam olaraq bərpa etməyə gətirib çıxardı.

Bu gün Azərbaycan suverenliyini tam olaraq bərpa edib və Anım Gününün 4-cü il dönümündə suveren ölkənin vətəndaşları olaraq bu günü qeyd edirik. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki Xocalı faciəsinin, Ağdaban faciəsinin, Birinci Qarabağ savaşında və İkinci Qarabağ savaşında şəhid olmuş bütün şəhidlərimizin qisasını ala bilmişik.

Düşməndən fərqli olaraq, ədalətli, ləyaqətli, şərəfli düöyüşmüş və bu müharibədə qarşı tərəfdən bir nəfər belə olsun, dinc sakinin burnu qanamayıb. Yalnız bizə qarşı döyüşən, silahlı erməni separatçılarına qarşı döyüşmüşük.

Bu gün Azərbaycan paytaxtı Bakı şəhərində Zəfər parkı salınıb, orada muzey memorial kompleks tikilir. Ali Baş Komandan cənab İlham Əliyev bu gün həmin Zəfər parkını ziyarət etdi, şəhidlərimizi andı. Vətəndaşlarımız 2-ci Fəxri xiyabanda şəhidlərimizi ziyarət etməkdədir.

Bu gün qisasımız alındığı üçün fəxr edirik, qürur duyuruq. Artıq heç bir dövlət, heç bir terror qruplaşması, heç bir xarici qüvvə və güc özündə güc taparaq Azərbaycanla təhdid dilində danışa və Azərbaycan suverenliyini təhdid altına ala bilməz.

27 Sentyabr – Anım Günü münasibəti ilə bütün şəhidləri yad edirəm, Allah bütün şəhidlərimizə rəhmət etsin”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv