www.sinerjipro.net

SinerjiProWide
Reklam

layihe

Avqustun 27-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsi çərçivəsində qalib olmuş, YAP Binəqədi rayon Təşkilatının gənc fəalı Aytəkin Bayramovanın rəhbəri olduğu “Tarixin dərin izləri” adlı layihənin açılış mərasimi keçirilib.

Tədbirdə layihə rəhbəri Aytəkin Bayramova açılış nitqi ilə çıxış edərək tədbirin keçirilməsində göstərdikləri köməyə görə aidiyyatı qurumlara öz təşəkkürünü bildirib. O, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib.

Daha sonra YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə çıxış edərək layihəyə öz işində uğurlar arzu edib və Binəqədi rayonunda gənclərlə iş sahəsində həyata keçirilən çoxsaylı layihələr haqqında geniş məlumat verib. O, həmçinin Gənclər Fondunun gənclərin ideyalarının reallaşdırılmasında, onların şəxsi inkişafında oynadığı aparıcı roldan danışaraq, Binəqədi gənclərinin bu imkanlardan uğurla yararlandığını xüsusi vurğulayıb.

Daha sonra görüş qarşılıqlı fikir mübadilələri əsasında davam etdirilib və gənclərlə bu istiqamətə yönəlmiş layihələrin önəmi barəsində diskussiyalar aparılıb.

Layihə çərçivəsində YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, təşkilatın baş təlimatçısı Kubra Əliyarlı, Binəqədi rayon Gənclər və idman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, layihə rəhbəri Aytəkin Bayramova və layihə iştirakçıları Qobustan milli tarix-bədii qoruğuna və Qobustan muzeyinə ekskursiya ediblər. Orada iştirakçılara Qobustan qoruğu və muzeyi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bura Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var. 1966-cı ildə yaradılan qoruq idarəsi dünya mədəni irs siyahısına daxil edilib. Prezident cənab İlham Əliyevin sərəncamı əsasında 2011-ci ildə qoruq üçün muzey və inzibati bina kompleksi istifadəyə verilib.

Qeyd edək ki, “Tarixin dərin izləri” adlı layihəçərçivəsində gənclər arasında inşa müsabiqəsi keçiriləcək və layihənin bağlanış tədbirində qalib gənclərin mükafatlandırılması mərasimi keçiriləcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."