!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixin ən axmaq qarəti: “Gedin, axşam gələrsiz...”

!Reklam – Yazi

Qarətçilərdən ibarət dəstənin üzvləri öz axmaqlıqları ucbatından həbsə düşüblər.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Belçikanın Şarlerua şəhərinin kənarında qeydə alınmış olay eşidib-bilənləri gülüşə boğur.

Belə bir qarət ssenarisini təsəvvür edin: Qarətçilər elektron siqaretlərin satıldığı mağazaya girərək, pulları tələb edirlər. Mağazanın sahibi isə hələ pul yığılmadığını deyərək, qarətçilərin axşam gəlmələrini məsləhət görür. Qarətçilər tövsiyəyə əməl edirək, gedirlər və axşam qayıdırlar…

Lətifəyə bənzəyir? Ola bilər. Ancaq Belçikanın Şarlerua şəhərində ötən həftənin şənbə günü baş vermiş bu olay həqiqətdir. Mağazanın sahibi hadisəni belə təsvir edib:
“Bu, çox gülməlidir. Onlar əvvəlcə əliboş getmək istəmirdilər. Ancaq onları inandırdım ki, heç kim günorta saat 3-də mağaza yarmır. Çünki o saatda satış pulları az olur. Tövsiyə etdim ki, indi gedin, axşam gəlin və 2-3 min avro götürün. Daha sonra polisə zəng vurdum. Polislər qarətçilərin qayıdacağına inanmasalar da, mən onları gəlməyə razı saldım”.

Bəli, 6 nəfərdən ibarət dəstənin üzvləri axşam yenidən mağazaya gəlirlər və əlbəttə ki, onları gözləyən polislər tərəfindən həbs olunurlar.

 

www.yenicag.az

4563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv