Tarkan iki saatlıq şouya görə 1 milyon avro qazandı

Meqastar Tarkan Yeni ili səhnədə qarşılayıb.

Yenicag.az xəbər verir ki, 2021-ci ilin son günü Misirdə sevənləri qarsısına çıxan Tarkan onlara əyləncə dolu anlar yaşayıb.

Bir-birindən maraqlı şoular göstərən və hit mahnılarını səsləndirən sənətçinin konserti iki saat davam edib.

Tarkan musiqili gecədən 1 milyon avro (təxminən 1 milyon 926 min 500 AZN) qonarar əldə edib.(BAKU.WS)