Meqastar Tarkan Muğlada vəhşicəsinə qətlə yetirilən 27 yaşlı Pınar Gültəkinin qatili Camal Mətinin cəzasının azaldılmasına münasibət bildirib.
Yenicag.az xəbər verir ki, “Twitter” hesabından paylaşım edən Tarkan Pınar Gültəkin üçün ədalət tələb edib.
“Qətl, zorakılıq və zorakılığa məruz qalan bütün qadınlar üçün ədalət istəyirik. Bu vəhşilikləri azaltmaq üçün ağır və çəkindirici cəzalar verilməlidir. Bu, cəzaların yüngülləşdirilməsi üçün bəhanə deyil. Qanun kişilərin tərəfində deyil, ədalətin və haqqın tərəfində olmalıdır. #PınarGültekininceƏdalət”, – deyə meqastar qeyd edib.
Tarkanın paylaşımı qısa zaman ərzində geniş müzakirə obyektinə çevrilib.