“Tarqovı”da dəhşət: Gənc küçənin ortasında qan içində qaldı

Bakının mərkəzində qan içində olan gənc oğlan aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Üzeyir Hacıbəyov küçəsində 25-30 yaşlı oğlanın səkinin kənarında qan içində uzanması ilə bağlı polisə məlumat daxil olub. Əraziyə gələn polislər dərhal təcili yardım çağırıb və həmin şəxs xəstəxanaya çatdırılıb.

Məlum olub ki, həmin şəxs 1988-ci il təvəllüdlü Məmmədov Seymur Xeyrulla oğludur. O, “Tarqovı” məhəllə kimi tanınan ərazidə kirayə yaşayır və evdə bıçaqla özünə çoxsaylı zərbələr endirib. Daha sonra həmin şəxs insanların ona kömək etməsi üçün küçəyə çıxıb və səkiyə yıxılaraq qalıb.

Faktla bağlı araşdırma aparılır./publika.az/

COP29