Səbail rayonunda qanlı hadisə baş verib.
Yenicag.az xəbər verir ki, bıçaqlanma ilə nəticələnən mübahisə Nizami küçəsində qeydə alınıb. 19 yaşlı Rəşad Zeynalov xanım tanışı ilə gəzərkən 3 nəfər naməlum şəxs onlara söz atıb. Bu səbəbdən də mübahisə yaranıb. Mübahisə zamanında həmin şəxslərdən biri Rəşad Zeynalovu bıçaqlayıb. Ərazidə xidmət aparan Səbail Rayon Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmaq istəyən şübhəli şəxsdən birini yaxalayıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər Rəşad Zeynalovda bir bıçaq xəsarətinin olduğunu bildiriblər.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.