Kazanda 175 saylı gimnaziyadakı faciədən sonra mayın 12-si Tatarıstanda matəm günü elan edilib.
Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, həmin gün məktəblər işləməyəcək.
Faciə və matəm günü ilə əlaqədar respublikada 11-12 may tarixlərində keçirilməli olan mədəni tədbirlər ləğv edilib.
Qeyd edək ki, hadisə nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb.