Tatlısəs azərbaycanlı iş adamının yaxtasında – FOTO

37854Azərbaycanlı iş adamı Rza Zərrab müğənni həyat yoldaşı Ebru Gündeşlə Bodrumda özəl yaxtasında dincəlir.

Cütlük türkiyəli müğənni İbrahim Tatlısəsi və keçmiş xanımı Dərya Tunanı gəmisində qonaq edib.

1 aydır 7 milyon avroluq yaxtalarında olan Ebru və Rza paparassilərin fotokamerasına tuş gəlib. Əvvəlcə 3 yaşlı qızı Alarayı dənizdə üzdürən Zərrab daha sonra “flyboard” edib. Gündeş isə kənardan qızı və həyat yoldaşını izləyib.

İbrahim isə gah Dərya ilə söhbət edib, gah da qəzet oxuyaraq dincəlib. İş adamı qonaqları üçün balıq ziyafəti verib. O, işçilərini yaxınlıqdakı kənddən balıq tutmağa yollayıb.

Rzanın sinəsindəki “60 il” yazılı döyməsi də diqqət çəkib. Biznesmenin Ebru ilə evlənən zaman etdirdiyi yazının mənası “60 il ayrılmayaq”dır.