Taxıl sahəsi kombaynla birgə yandı – Beyləqanda

Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Beyləqan rayonunun Bolsulu kəndində “Klass” markalı kombaynın mühərrikinin yanar hissələri və 2 ha biçilmiş taxıl sahəsi yanıb.

Kombaynın qalan hissəsi və digər sahələr yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Loading...