Taxıl sahəsi və “KamAz” yandı – Qəbələdə

Qəbələdə yanğın olub.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, rayonun Böyük Əmili kəndində 2 ha biçilməmiş, 1 ha biçilmiş taxıl sahəsi və “KAMAZ” markalı yük avtomobilinin arxa təkərləri yanıb.

Yük avtomobilinin qalan hissəsi və banına yığılmış buğda yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.