Taxıl sahəsi və meyvə ağacları yandı – Qubada

Bu gün Quba rayonunun Vəlvələ kəndində 3,7 ha biçilməmiş taxıl sahəsi, 1 ha kol-kos və 150 ədəd meyvə ağacı qismən yanıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı əkin sahələri və meyvə bağları yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.