!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taxılla dolu maşın aşdı, sürücü öldü - Cəlilabadda

!Reklam – Yazi

Cəlilabadda “Qazel” markalı avtomobil aşıb, 1 nəfər ölüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xanəgah kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin ərazidə taxılla dolu “Qazel” markalı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Nəticədə “Qazel”in sürücüsü rayon sakini, 1965-ci il təvəllüdlü Nuriyev Məhəmməd Bayram oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv