!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taxta yeşik biznesi - Xaçmazda meşələrə qarşı "soyqırım" - FOTOLAR

!Reklam – Yazi

Xaçmaz rayon Müşkür kəndi ərazisindəki meşələrə sözün əsl mənasında divan tutulur.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Xaçmaz rayonunda taxta yeşik biznesi ilə məşğul olan şəxslər meşələri qırırlar. Onlar özlərinə məxsus sexlərdə taxta yeşiklər düzəldib, satışa çıxarırlar. Araşdırmamız zamanı həmin şəxslərdən ikisinin adını öyrənə bilmişik. Onlardan birinin adı Aydın, digərinin adı isə Hacıdır.https://yenicag.az/

İddiaya görə, taxta yeşik istehsalı ilə məşğul olan şəxslər meşə idarəsinin müdiri Alim Əlizadə ilə əlbir olaraq bu addımı atırlar. İstehsalçılardan biri özünü keçmiş MTN şefi Eldar Mahmudovun qohumu kimi təqdim edir. Digəri isə Qarabağ müharibəsinin iştirakçısı olmasa da, özünə saxta sənədlərlə veteranlıq düzəldərək, onların üzərinə gedən şəxsləri şantaj edir.

Taxta yeşik biznesi ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumata görə, onlar yuxarılara hesab çatdırırlar. Onların yuxarı dediyi şəxslər isə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və meşələrin inkişafı departamentinin direktor əvəzi Söhrab Abbasovdur.

Məsələ ilə bağlı araşdırma aparan zaman məlum olur ki, ölkədəki meşələrin qırılmasına “hə” deyən şəxslər yuxarıda adı gedən məmurlardır.

Xaçmaz meyvəçilik, tərəvəzçilik rayonudur. Ona görə də, burada taxta yeşiklərinin alqı-satqısı da digər bölgələrə nisbətən tələbatlıdır. Taxta yeşik biznesi ilə məşğul olan şəxslər hər hansısa yolla ağac əldə etməlidirlər. Bu məqsədlə də daha çox qanunsuz yola əl atılır. Onlar üçün ən yaxşı xammal isə meşələrdir.

Meşələrə baxış keçirilən zaman görünən odur ki, bir neçə il öncə keçilməz olan yerlər, artıq stadionu xatırladır.

Səxavət Məmməd

www.yenicag.az

2694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv