“Tayfun” qırıcıları Ankarada

Türkiyənin satın almaq istədiyi Britaniya Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “Eurofighter” (Tayfun) döyüş təyyarəsi Ankaraya eniş edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, Türkiyə sözügedən təyyarələrin satın alınması üçün Britaniya və Almaniya ilə danışıqlar aparır.

Bir müddət əvvəl Türkiyə milli müdafiə naziri Yaşar Gülər Qətərdə keçirilən təlimlərə qatılmaq üçün təyyarələrin Ankaraya gələcəyini və qırıcıları görmək imkanlarının olacağını bildirmişdi.