Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 03:44-də Taydun qəzasından 140 kilometrdə qeydə alınıb.

Zəlzələnin episentri 44,5 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.