Tayvanda 8 bal gücündə zəlzələ baş verdi – VİDEO

Tayvanda 8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiya Geologiya İnstitutu yayıb.

Bildirilib ki, zəlzələ yerin 27,5 km dərinliyində qeydə alınıb.

Almaniya Geoelmlər Araşdırmaları Mərkəzi isə zəlzələnin maqnitudasının 6,1 olduğunu açıqlayıb.

İtki və təlafat barədə məlumat yoxdur.