Tayvandakı AES-də yanğın baş verdi

Tayvandakı “Maanşan” Atom elektrik Stansiyasının ərazisində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Tayvan mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğın nəzarət altına alınıb, bütün enerji blokları normal rejimdə işləyir.

Yanğının stansiyanın yaxınlığındakı soyutma qülləsində baş verdiyi bildirilir.