Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqandırıldı

Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Yenicag.az xəbər verir ki, Mtatsminda parkında yerləşən teleqüllə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.