Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Gürcüstanın paytaxtı Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, şəhərin əsas simvollarından biri 28 May – Azərbaycanın Respublika Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.