Tbilisidə atışma oldu – Yaralanan var

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Kiyev küçəsində atışma baş verib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 23 yaşlı gənc yaralanıb. O, xəstəxanaya çatdırılıb. Şahidlərin sözlərinə görə, 20-yə yaxın atəş səsi eşidilib, bundan sonra hücum edən şəxs hadisə yerindən qaçıb. Lakin o, İmereti bölgəsində saxlanılıb.

Hadisə yerinə polis əməkdaşları və kriminalistlər səfərbər edilib.

COP29