Tbilisidə atışma zamanı prezidentin kürəkəni yaralanıb

Cümə axşamı Gürcüstan prezidentinin kürəkəni Mindia Qoqoçuriyaya qarşı silahlı hücum baş verib.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rustavi-2 telekanalı məlumat yayıb. Məlumata görə, o, güllə yarasıyla xəstəxanaya yerləşdirilib.

“Qoqoçuri respublika xəstəxanasına yerləşdirilib və hal hazırda onun üzərində əməliyyat aparılır”.