Tbilisidə Gürcüstan parlamentinin binası önündə növbəti etiraz aksiyası başlayıb.
Yenicag.az xəbər verir ki, altıncı gündür keçirilən aksiyanın tələbləri elan olunub.
Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və Tbilisidə iyunun 20 və 21-də saxlanılan etirazçıların hamısının azadlığa buraxılmasını tələb edirlər.
Müxalif “Güc birlikdədir” birliyinin liderləri də parlamentin ətrafına toplaşıb. Onlar parlamentin Vahid Milli Hərəkat Partiyasından olan deputatı Nika Melianın həbsi ilə bağlı Baş Prokurorluğun qərarına etirazlarını bildiriblər.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub./Report/