Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşandı

Tbilisinin mərkəzindəki Rustaveli prospektində, parlament binasının qarşısında keçirilən aksiyanın təşkilatçıları iştirakçıları parlamentin binasını mühasirəyə almağa çağırıb. Bundan sonra iştirakçılar parlament binasının arxa tərəfinə keçməyə çalışıblar.

Yenicag.az xəbər verir ki, mitinq iştirakçılarının sözlərinə görə, onlar bu yolla öz səslərini hakim komandanın üzvlərinə çatdırmaq istəyirlər.

Rustaveli prospektində hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Onlar toplaşanları dağılmağa çağıraraq əks halda qanuni tədbirlər tətbiq olunacağını bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etiraz aksiyasının iştirakçılarına müraciət edərək, onları azad toplaşmaq və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.

DİN-in müraciətində deyilir ki, hər hansı qanun pozuntusu dərhal polis tərəfindən qanun çərçivəsində aradan qaldırılacaq.

Əraziyə dəstək olaraq əlavə polis qüvvələri cəlb edilib./Azertag/

COP29