Tbilisidə keçirilən mitinq başa çatdı

Tbilisinin mərkəzində mitinq başa çatıb, onun keçirildiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Hüquq-mühafizə orqanları, xüsusi təyinatlılar ərazini tərk edir, su reaktiv maşınları götürülür. Mitinq iştirakçıları da parlamentin ətrafındakı ərazini tərk edirlər”, – deyə KİV yazır.