Tbilisidə parlament binası önündə çadır qurulub

Tbilisidə müxalifət liderləri və fəallar parlament binası qarşısında çadır qurublar.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Onlar gecəni çadırda keçirəcəklərini bildiriblər.

Yeni Gürcüstan” partiyasının lideri Georgi Vaşadze bunları deyib: “Biz sona qədər mübarizə aparacağıq. Məqsədimiz parlamentin girişində bütün gecəni dayanmaq və səhər iclasın keçirilməsinə icazə verməməkdir”.

COP29