!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tbilisidə parlament binası qarşısında aksiya davam edir

!Reklam – Yazi

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası bərpa edilib.

Yenicag.az xəbər verir ki, aksiyada həm parlament, həm də parlamentdən kənar müxalifətin nümayəndələri iştirak edirlər.

Etirazçılar hökumətə üç əsas tələb irəli sürüblər. Bunlar müvəqqəti hökumətin qurulması, 2020-ci ildə parlament seçkilərində proporsional sistemin tətbiq edilməsi və hazırkı MSK-nın tərkibinin dəyişdirilməsidir.

Aksiyanın təşkilatçılarından olan “Utanc” hərəkatının lideri Giga Makaraşvili bildirib ki, sabahkı mitinqə hazırlıq aparılır və etirazçılar tələbləri yerinə yetirilməyənədək dağılmayacaqlar.

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin geniş etirazına səbəb olub. Sabah saat 15:00-da isə Tbilisidə müxalifətin geniş miqyaslı mitinqi planlaşdırılıb. /apa.az/

www.yenicag.az

796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv