Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Diqomi rayonunda baş verib. İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına görə baş verib.
Ölənlər arasında 4 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm günü elan edilib./Trend/