Tbilisidə şəhərdən çıxışı qismən bağladılar

Hazırda Gürcüstanda etirazçılar “Tbilisi Mall”un girişində aksiya edir.

Yenicag.az xəbər verir ki, nümayişçilər yol boyu yürüşə başlayıblar.

Tbilisi polisi müxalifətin şəhərin mərkəzi magistral yolunu kəsməsinə mane olub

Mitinqdə Gürcüstan müxalifətinin liderlərindən biri Nika Melia və başqa şəxslər saxlanılıb.

Bundan əvvəl müxalifət liderləri öz tərəfdarlarını etiraz aksiyası çərçivəsində Tbilisinin girişinə toplaşmağa və şəhərə giriş-çıxışı bağlamağa çağırıblar. Onlar aksiyanı “demokratiya, siyasi məhbusların azad edilməsi və yeni parlament seçkilərinin təyin edilməsi uğrunda” mübarizə adlandırıblar.

Gürcüstan Daxili İşlər Nazirliyi bazar günü bəyanat yayaraq müxalifətə xəbərdarlıq edib ki, beynəlxalq əhəmiyyətli magistral yolu bağlamaq cinayətdir və qaydanı pozanlar müvafiq hüquqi tədbirlər görəcəklər./Qafqazinfo/