Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TBMM-in sabiq sədri: “Türkiyə qısa müddətdə yenidən siyasi monitorinqi aradan qaldıracaq”

Reklam: Sinerji Pro

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hüsamettin Cindoruk Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi “siyasi monitorinq” qərarını Yeniçağ.az-a şərh edib:

“Demokratiyanın inkişafı baxımından Türkiyə bir sıra Avropa İttifaqı ölkələrindən daha öndədir”

“Türkiyə Avropa Şurasının qurucu üzvü olaraq son qərarı qısa müddət ərzində öz xeyrinə çevirmək gücünə artıqlamasıyla sahib olan bir ölkədir. İnanıram ki, qərarın arxasında bəzi siyasi qənaətlər var. 1990-cı illərdə də bu kimi problemlər yaşanırdı. 2004-ci ildə Şura Türkiyədəki siyasi monitorinqi başa çatdırmış, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) seçkilərdə barmağa boya çəkilməsi bir yana, seçkilərə nəzarət etməkdən əl çəkmişdi.

Avropa Şurası Parlament Assambleyasının aldığı bu qərar bizi əsla məyus etməməlidir. Demokratiyamızın gücü bu cür problemləri qısa müddət ərzində aradan qaldırmağa artıqlamasıyla kifayət edir. İnanıram ki, Assambleya ilk monitorinqdən sonra qərarını dəyişdirəcək.

Yeniçağ.az

Loading...

www.yenicag.az

393