Türkiyə Böyük Millət Məclisi Qətərdə hərbçilərin yerləşdirilməsinə dair və bu ölkədə jandarm qüvvələrinin tədrisi üzrə qanun layihəsini təsdiqləyib
APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Türkiyə hərbçilərinin Qətərdə yerləşdirilməsi 2015-ci ildə iki ölkə arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişə uyğun olaraq həyata keçiriləcək.