TBMM sədri Sahibə Qafarova ilə görüşdü

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşla Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova arasında görüş olub.

Yenicag.az xəbər verir ki, bu barədə N.Qurtulmuş Tvitterdə yazıb.

O bildirib ki, görüş zamanı iki ölkə arasındakı əlaqələr, həmçinin, regional məsələlər müzakirə olunub.

N.Qurtulmuş və S.Qafarova parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, N.Qurtulmuş Azərbaycanda səfərdədir.