TDT: “Azərbaycanlı qardaşlarımızın yanındayıq”

Türk Dövlətləri Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda qeyd olunub:

“Tarixə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”.