Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşü Azərbaycanda baş tutacaq.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin 2-ci görüşünün nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.
H.Fidan həmçinin, Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin üçüncü iclasının da Azərbaycanda keçiriləcəyini əlavə edib.