“Tarixi, mədəni və ədalətli qurumsal strukturlardan yoxsun birliklərin tıxandığı prosesdə TDT yeni bir səs, yeni bir sinerji mərkəzi halına gəlməkdədir”.
Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündən sonra təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.
Türkiyənin dövlət başçısı TDT-nin müqavimət gücünün artırılması istiqamətində addımlar atılmasının vacibliyini vurğulayıb:
“Mövcud və gələcəkdə qarşılaşa biləcəyimiz sınaqlar qarşısında müqavimətimizi artırmalıyıq. Bunun üçün də TDT-nin imkan və qabiliyyətlərini gücləndirməliyik”.