Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Teatrda məşqlər dayandırıldı - SƏBƏB - Xalq artistindən AÇIQLAMA

“Bakı Bələdiyyə Teatrında yeni tamaşanın məşqlərini dayandırmışıq. Buna səbəb koronavirus deyil. Novruz bayramı ilə əlaqədar məşqlərə bir müddət fasilə verdik”.

Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov Yenicag.az-a açıqlamasında
Türkiyədə yeni növ koronavirusun yayılması səbəbi ilə bəzi kino, reklam və televiziya sahəsində çalışanların çəkilişlərə iki həftə fasilə verməsinə münasibət bildirərkən belə deyib.

Xalq artisti lazım gələrsə, məşqləri dayandıracaqlarını bildirib: “Bayramdan sonra məşqləri davam etdirməyi düşünürük, lakin bununla bağlı hər hansı qadağa qoyularsa, məşqlərə fasilə veriləcək. Koronavirus təhlükəsindən qorunmaq üçün teatrda tamaşalar da təxirə salınıb”.

Cəvahir

www.yenicag.az

320