“Teatrı heç nə əvəzləyə bilməz” – Mərahim Fərzəlibəyov

10 mart – Azərbaycan Milli Teatr günüdür.

Yenicag.az-a açıqlama verən xalq artisti, Akademik Mili Dram Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov öz təəssüratlarını bölüşüb.

Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yol keçdiyini deyən xalq artisti milli teatrın inkişafından danışıb:

“Bu gün teatrın yaranmasının 145 illiyidir. Düz 45 ildir ki, həyatımı səhnəyə həsr etmişəm. Teatr canlı ünsiyyətdir, onu heç nə əvəzləyə bilməz. Azərbaycan teatrının hər zaman öz dəyərləri və ənənələri olub. Bu gün də teatr inkişafdadır, öz tamaşaçılarını sevindirir. Çağdaş teatrın səhnəsində yeni aktyor nəsli görünməkdədir. Onlara işlərində uğurlar arzulayıram. Azərbaycan teatrının səsi nəinki Azərbaycanda, həm də xarici ölkələrdə eşidilməkdədir. Özümə və aktyorlarımıza yeni-yeni tamaşaların sevincini arzulayıram”.

Cəvahir

COP29