Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TƏBİBi kim öldürdü? - “A-dan Z-yə Aqil Ələsgərlə” – II Sezon, IX Buraxılış / VİDEO

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda doqquzuncu buraxışı ilə görüşünüzə gəlib.

TƏBİB – Səhiyyə Nazirliyi savaşı, pensiyalarla bağlı narahatlıq və həftənin digər müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

Video link:

Buraxılışın mətni:

Normala qayıdışın hamamdan gələn səsləri…

Şükür ki, normala qayıdırıq. Artıq vaksin söhbətini eşidən köhnə koronavirus üzüaşağı sürüşməkdə, məşhur müğənninin alt paltarı görünməkdə, İlqarə hamamdan izləyicilərinə buxarlı ürək göndərməkdə, akademik toyun baş qurbanı olan Səyavuş Novruzov dünyanın əksər ölkələrinə bağlı olan bir zamanda ezamiyyət xərclərini artırıb, xaricdəki dost-tanışı ilə çatlaşmaq üçün noutbuk, 4G modem-filan istəyib.

İndi deyəcəksiniz ki, bunun nəyi normaldır? Rəhmətliyin nəvələri, açın ötən ilin bu günlərini. Rəqsanənin qızı, Pərvinin dekoltesindən başqa oxunan nəsə görsəniz, gəlin yenidən danışaq.

***

Bol REFERANSLI TƏBİB-in səhvi…

Koronavirusla həyatımıza TƏBİB daxil oldu olmasına, olmasaydı da çox şey dəyişməzdi. Çünki ondan öncə Səhiyyə Nazirliyi deyilən varlığı ilə yoxluğu bilinməyən bir nazirlik vardı. İnsanımız da onun yoxluğuna alışmışdı. TƏBİB-in gəlişi ilə bir ümid yarandı. Brifinqlər-filan ilk başlarda çox həyəcanlı idi. Ancaq edilən ard-arda xətalar və xətalardan dərs çıxarmaq əvəzinə milləti suçlu elan etmə cəhdləri TƏBİB-i də bitirdi. Hələ test biznesi barədə, Səhiyyə Nazirliyinin başının altından çıxan söylənənlərlə Bayramlının bu işdə REFERANS olduqlarının iri addımlarla yüksəlişinin üst-üstə düşməsi TƏBİB-i beşikdə boğdu. Və bu gün Səhiyyə Nazirliyinə inam nə qədərdisə, onun cavan rəqibi, alternativi olaraq düşünülən TƏBİB-ə də inam o qədərdir… Yəni, inam öldü, inam…

***

Sahil Babayevin anlamadıqları…

Məmur zehniyyətinin anlamadığı da budur. Məsələn, Sahil Babayev “Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur” deməklə, xalqı və dövləti asanlıqla aldadacağını düşünür. Kənddə pensiyadan başqa gəliri olmayan Xeyrənsə xalanın nəyinə lazımdır MDB yoxsa Avropa Birliyi üzrə liderik ya sonuncuyuq. Pensiya ay sonuna qədər ona yetəcəkmi, yetməyəcəkmi, ona baxır və ardını özünüz bilirsiniz…

***

Bir məktəb direktoru qədər olmayan nazir…

Həftənin absurdlarından biri də məktəb direktorunun ad günü ətrafında ajiotaş və daha doğrusu sonrasında yaşananlar idi. Onsuz da adı əvvəldən jurnalistdən başı xamırlı olub, daha sonra çıxıb üstündə polisi gözləməsi ilə məşhur olan direktor son etdiyini çox sakit şəkildə yola verə bilərdi. Ancaq bunun yerinə mütrüflüyü seçdi. Gah bayraqdan özünə buynuz düzəltdi, gah qoyun şaqqaladı. Ancaq ABŞ səfirliyinin sevinclə qarşıladığı nazir Əmrullayev məktəb direktoru olmaqdansa sirkdə rəqqas olması daha məqsədəuyğun olan xanımı sadəcə, töhmətlə yola verdi. Bu həm də çox təriflədiyiniz, yerə-göyə sığdıra bilmədiyiniz nazirinizin bir məktəb direktoru qarşısında aciz qaldığının rəsmidir. Anlayanlar üçün…

***

Mümkünsə, xoş gəl 2021!

Bəli. Nəhayət ki, 2020 ilə vidalaşırıq. Çox maraqlı bir il oldu desək, yanılmarıq. Dünya alt-üst oldu desək, mübaliğə etmərik. Ancaq hər şeydə bir xeyir var dedikləri də bu olsa gərək. Dünya bu ili karantin ili kimi yadda saxlayacaq, ancaq biz bu ili Qarabağın qayıdışı olaraq yad edəcəyik. II Qarabağ müharibəsi ilə xatirəmizdə özünə yer tapacaq bu il. Şuşanı geri alan qəhrəmanlarımızın dastanları bu illə anılacaq. Biz bu ili həm də dastana dönən şəhid Xudayarın ili olaraq, qəlbimizə qazıyacağıq… Uğurlu, qadağalarsız, Səyavuş müəllim demişkən bol ezamiyyətli il olmasını arzuladığımız 2021-ci ildə görüşənədək…

www.yenicag.az

8257