TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzinin nizamnamə kapitalı azaldılır.
Yenicag.az xəbər verir ki, artıq qurumun nizamnamə kapitalı 836 501.50 manat müəyyənləşib.
Amma bu, audit rəyindən sonra təsdiqlənəcək.
Qeyd edək ki, Mərkəzin nizamnamə kapitalı əmlakdan formalaşır.
Xatırladaq ki, İnnovasiya və Təchizat Mərkəzi əvvəllər Səhiyyə Nazirliyinin tabeliyində olub. Bu ildən isə əmlakı ilə birlikdə TƏBİB-ə verilib./iqtisadiyyat.az