TƏBİB-də yeni TƏYİNAT – FOTO 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Pərvin Əkbərov TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, P.Əkbərov bu təyinatadək Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru olub.

Təyinatla bağlı ilk məlumat Unikal.az saytında yayımlanıb.