Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TƏBİB-dən məssisə rəhbərlərinə: "İşçilərin təması minimuma endirilməlidir"

Bu günlərdə onlayn rejimdə işləmək çox vacibdir və bütün dünya bacardığı qədər onlayn rejimə keçib. Ona görə də fəaliyyətinə icazə verilən idarə, müəssisə rəhbərləri işçilərin təmasını minimuma endirməlidir.

Yenicag.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. O, fəaliyyətinə icazə verilən idarələrə müraciət edib:

“Maksimum dərəcədə işçilərin təmasını azaldın. Son günlər testi pozitiv çıxan bir adamın təmasda olduğu çox sayda insanla qarşılaşırıq. Mütləq deyil ki, eyni anda 30-40 adam bir yerdə çalışsın. Virus testi pozitiv olan bir adamdan 60-70 adama yoluxur. Bütün müəssisələr buna əməl etməlidir. Vətəndaşların təması minimuma endirilməlidir”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı – təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

www.yenicag.az

207