TƏBİB-ə yeni şöbə müdiri təyin edildi – FOTO

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sərraf Hüseynov TƏBİB-in Kargüzarlıq və Arxiv şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Sərraf Balaxan oğlu Hüseynov 1986-cı ildə anadan olub. S.Hüseynov daha əvvəl Azərbaycan Dillər Universitetində rektorun ictimai məsələlər üzrə müşaviri və tərbiyə işləri üzrə prorektor olub.

O həmçinin Azərbaycan Dillər Universitetində, Qərbi Kaspi Universitetində və Təhsil Nazirliyinin teledərs layihəsində müəllimdir.