TƏBİB: “Günvurma ilə bağlı 17 müraciət daxil olub”

TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir.

“Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib”,-deyə məlumatda qeyd edilib.